"iPhone" sevgisi onları 6 milyondan etdi
    • 4-10-2024, 12:51
    • 314

"iPhone" sevgisi onları 6 milyondan etdi

Türkiyədə telefon mağazası işlədən 19 yaşlı A.T.K., 27 yaşlı A.K. və 29 yaşlı E.K son model iPhone telefonu almaq üçün gələn müştəriləri kredit adı ilə aldadıblar.

News24.az xəbər verir ki, 3 şübhəli, alış-veriş üçün onlarla əlaqə saxlayan 12 fərqli müştərini “Kredit kartı ilə ödəməyin, banklarla müqavilə bağlamışıq, sıfır faizli kreditlə sizə hissə-hissə kredit verək, bu yolla hissə-hissə ödəyə bilərsiniz” deyərək aldadıb.

Şübhəlilər kredit kartı məlumatlarını kopyalayaraq öz hesablarına ümumilikdə 6 milyon lirə köçürüblər. Aldadıldıqlarını anlayan müştərilər 3 şübhəlini polisə şikayət ediblər.

Hərəkətə keçən polislər, 3 şübhəlinin qardaş olduqlarını və Ispartaya qaçdıqlarını təyin ediblər. İspartada həyata keçirilən əməliyyat nəticəsində tutulan şübhəlilərin qaldıqları ünvanda çoxlu sayda xarici valyuta, qızıl-zinət əşyaları və telefonlar ələ keçirilib. Nəzarətə alınan şübhəlilər əməliyyatlarının ardından sövq edildikləri məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Günel Məlikzadə