“Psixologiyam pozulub” dedi, sərnişinləri avtobusdan düşürdü
    • 4-10-2024, 16:28
    • 315

“Psixologiyam pozulub” dedi, sərnişinləri avtobusdan düşürdü

Bursada maraqlı hadisə yaşanıb. 

News24.az xəbər verir ki, xüsusi ictimai avtobus sürücüsü sərnişinlərə əsəbiləşərək psixoloji cəhətdən narahat olduğunu deyib və avtomobili yolun kənarında saxlayıb.

Sürücü avtobusu yerindən tərpətməyəcəyini və enmək istəməyən sərnişinləri təhqir etməyə başlayıb.

Ətrafdakıların cib telefonlarına lentə aldığı görüntülərdə düşürdüyü sərnişinlərlə bayırda gözləyən sürücü nəqliyyat vasitəsində qalan sərnişinə "Hamı düşdü, sən də düşəcəksən. Kişisən?" qışqıraraq təhqiramiz ifadələr işlədib.

Günel Məlikzadə