-
- 22-09-2022, 12:45
- 449
Sərnişinləri yarı yolda qoyan avtobus sürücüsü işdən müvəqqəti KƏNARLAŞDIRILDI
"Bu gün saat 08:20 radələrində Xırdalandan Bakı istiqamətinə sərnişindaşıma xidməti göstərən 119 saylı müntəzəm marşrut xəttində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır".
News24.az xəbər verir ki, bu sözləri "Xaliq Faiqoğlu" şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev deyib.
O qeyd edib ki, sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlu işdən müvəqqəti kənarlaşdırılıb və onun izahatı alınıb. Həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb: "Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinədək gətirib".
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.