Əhaliyə MÜJDƏ! Maaş və pensiyalar artırılır - DƏQİQLƏŞDİ
    • 4-10-2024, 16:41
    • 647

Əhaliyə MÜJDƏ! Maaş və pensiyalar artırılır - DƏQİQLƏŞDİ

Növbəti ilin büdcə layihəsinə əsasən, başda maaş və pensiyalar olmaqla, əksər sosial müavinətlərdə artım gözlənilir. Dövlət tərəfindən ayrılan sosial təminat xərclərinin bu ilə nisbətən 14 faiz artırılması bu ehtimalı daha da gücləndirib. 

Belə ki, gələn ilin dövlət büdcəsində müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu məqsədlə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub.

Bəs görəsən, maaş və pensiyalarla yanaşı, daha hansı müavinətlər artırıla bilər? vakansiyalar

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hansı müavinətlərin artacağı ilə bağlı dəqiq məlumat büdcə layihəsinin təqdimatı zamanı bilinəcək: 

“Bu məsələlərlə bağlı daha detallı bilgilər büdcə layihəsinin təqdimatı zamanı ortaya çıxacaq. Əslində, ilkin açıqlamalar ondan ibarətdir ki, sosial ödənişlərdə müəyyən artım nəzərdə tutulur. Amma konkret hansı sahələrdə hansı addımların atılacağını büdcə layihəsi parlamentdə təqdim edilərkən, bəlli olacaq. Məhaz o zaman bu mövzu ilə bağlı suallara müəyyən aydınlıq gətirilə bilər”. 

Ekspert maaş və pensiyalarla bağlı artımın isə artıq dəqiqləşdiyini diqqətə çatdırıb: 

“İndidən bu barədə nəsə söyləmək çətindir. Dəqiq bilinən odur ki, təqaüdlərdə və minimum əməkhaqqında artım olacaq. Bu dəqiqdir. Çünki artıq bununla bağlı təkliflər hazırlanıb. Amma digər sahələrlə bağlı büdcə zərfinin təqdimatı zamanı əlavə məlumat əldə edə biləcəyik”.