Həftəsonu dənizdə fırtınalar gözlənilir
    • Bu gün, 17:13
    • 122

Həftəsonu dənizdə fırtınalar gözlənilir

Həftəsonu Aralıq dənizi, Qara dəniz və Cənubi Egey dənizində fırtınalar gözlənilir. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Meteorologiya Xidmətinin verdiyi son proqnoza görə, sabah gündüz saatlarından sonra Şərqi Qara dənizin qərbində qərb və cənub-qərb küləyinin əsəcəyi, zamanla 6-8 (50-75) bal gücündə tufan müşahidə olunacaq. 

Şərqi Qara dəniz boyunca qərbdən və şimal-qərbdən külək əsəcək, bəzi yerlərdə isə tufanın gücü 9 bala (90 km/saat) çatacağı təxmin edilir. 

Fırtınanın bazar günü günortadan sonra təsirini azalacağı gözlənilir.



Ağa Dadaşzadə