550 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi
    • 19-06-2019, 18:52
    • 833

550 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 550 nəfər Azərbaycana gələn, 464 nəfər isə Azərbaycandan gedən qeydə alınıb.

Məlumata görə, miqrasiya saldosu müsbət 86 nəfər təşkil edib.