-
- 18-12-2018, 10:15
- 1 074
Bu il Azərbaycanda nikaha girənlərin və boşananların sayı açıqlanıb
2018-ci ilin on ayında ölkədə 48186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 50882 nikah və 12396 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.