-
- 5-10-2024, 08:57
- 292
100-ə yaxın şəxs təhlükəli infeksiyaya yoluxdu - ÖLƏNLƏR VAR
Honq-Konqda 90-dan çox insan B qrupu streptokokların törətdiyi infeksiyaya yoluxub.
News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin sağlamlığın qorunması mərkəzi məlumat yayıb.
Yoluxma nəticəsində 4 nəfər ölüb. Ümumilikdə 91 nəfərdə infeksiya aşkarlarıb. Onlardan 40 nəfəri xəstəxanadan evə buraxılıb, 43 nəfərin vəziyyəti stabil, 4 nəfərin vəziyyəti ağırdırdır.
Söhbət ST283 ştamından gedir. Epidemioloji araşdırma göstərib ki, 75 xəstə simptomlar başlamazdan əvvəl çiy şirin su balıqlarına toxunublar.
Yerli hakimiyyət orqanları çiy şirin su balığına toxunarkən əlcək taxmağa, onu az bişmiş yeməkdən çəkinməyə, yaraların iltihabı və qızdırma zamanı dərhal həkimə müraciət etməyə çağırıb.
Teymur Məmmədov