-
- 17-05-2020, 10:05
- 782
Son sutka ərzində dünyada 95 mindən çox YOLUXMA FAKTI
Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,72 milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb.
News24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 95 603 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 717 013 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4360 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 312 902 nəfər olub. İndiyədək 1 810 160 nəfər sağalıb və hazırda 2 593 951 aktiv yoluxmuş xəstə var ki, onlardan 44 828 nəfərin vəziyyəti ağırdır./APA