-
- 5-10-2024, 15:57
- 484
Qocalmamaq üçün hər gün bir ovuc yeyin
Pəhrizdə qoz-fındıq önəmli ter tutmalıdır.
News24.az xəbər verir ki, bu barədə toksikoloq Mixail Kutuşov danışıb.
Həkim qeyd edib ki, qoz-fındıq stress səviyyəsini azalda və qan təzyiqini normallaşdıra bilər. Onlar həmçinin qalxanabənzər vəzinin işini yaxşılaşdırır, dəmirin udulmasına və hemoglobin əmələ gəlməsinə kömək edir. vakansiyalar
İmmunitet sistemini gücləndirmək, əsəb gərginliyindən və yorğunluqdan xilas olmaq istəyənlər badam yeməlidirlər. O əlavə edib ki, badamın köməyi ilə siz tez bir zamanda əlavə kilolardan qurtula bilərsiniz.
Digər qoz-fındıq növləri də faydalıdır. Onlar çoxlu lif və amin turşuları ilə bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qoz beyin funksiyasına və yaddaşa müsbət təsir edir, xolesterinin səviyyəsini aşağı salır, həmçinin qocalma prosesi ilə mübarizə aparmağa kömək edir. (Cebheinfo.az)