Stresi yox edən QİDALAR
    • 26-09-2024, 16:11
    • 360

Stresi yox edən QİDALAR

Stress həyat keyfiyyətini aşağı salan, insanın həm zehni, həm də fiziki olaraq daha yorğun hiss etməsinə səbəb olan bir vəziyyətdir. Demək olar ki, hər kəs gündəlik həyatın məşğul və yorucu tempində stress yaşaya bilər.

News24.az stressi aradan qaldırmağa kömək edən qidaları təqdim edir:

Badam: Badam yüksək maqnezium tərkibli qidadır. Tərkibindəki maqnezium sayəsində sinir sisteminə rahatlaşdırıcı təsir göstərir. Bundan əlavə, badam E vitamini ehtiva edir və bədəni stressdən qoruyur.

Yaşıl çay: Yaşıl çayın tərkibində zehni sakitləşdirən və stressi azaltmağa kömək edən L-theanine adlı bir amin turşusu var. Günün istənilən vaxtında istehlak edilən bir fincan yaşıl çay insanın stress səviyyəsini azaldır.

Avokado: Avokadonun tərkibində çoxlu omeqa qrupu sağlam yağ turşuları var. Tərkibindəki sağlam yağlar sayəsində avokado beyin funksiyalarını dəstəkləyərək stressi azaltmağa kömək edir.

Qara şokolad: Tünd şokoladda çoxlu antioksidanlar var. Tünd şokoladın tərkibində olan antioksidanlar stress səviyyəsini azaltmağa və balanslaşdırmağa kömək edir. Tərkibində daha çox kakao olan tünd şokoladlar daha çox serotonin istehsalını təmin edərək xoşbəxtlik hissini dəstəkləyir.

Qaragilə: Qaragilə həm də antioksidantlarla zəngin bir qidadır. Zəngin antioksidant quruluşu ilə stressin orqanizmə mənfi təsirlərini azaltmağa kömək edən qaragilə həm də immunitet sistemini dəstəkləyir və stresslə mübarizəni asanlaşdırır.

Məryəm İlhamqızı