CENTCOM rəhbəri İsrailə səfər edəcək
    • Bu gün, 12:50
    • 57

CENTCOM rəhbəri İsrailə səfər edəcək

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla oktyabrın 6-da İsrailə səfər edəcək.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.


“CENTCOM-un rəhbəri Maykl Kurilla İsrail hərbi komandanlığı ilə məsləhətləşmələr aparmaq üçün oktyabrın 6-da İsrailə gedəcək”, - məlumatda bildirilib.


Onun səfərində məqsəd İranın raket hücumuna İsrailin mümkün cavabı ilə bağlı məsləhətləşmələr aparmaqdır.