General Kurilla İsrailə səfər etdi
    • Bu gün, 15:59
    • 80

General Kurilla İsrailə səfər etdi

İsrail Baş Qərargah rəisi Herzi Halevi və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla regionda təhlükəsizlik, strateji məsələlər, birgə hazırlıqlarla bağlı vəziyyət qiymətləndirməsi aparıblar.

News24.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın İsrail Baş Qərargah rəisi Herzi Halevinin dəvəti ilə bu həftə ikinci dəfə İsrailə gəldiyi bildirilib.

Dünən İsrailə gələn Kurillanın Halevi ilə də görüşdüyü qeyd edilib.

Eyni zamanda, Kurilla İsrail Hərbi Hava Qüvvələrinin yeraltı əməliyyat mərkəzinə də baş çəkib və Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barla vəziyyəti dəyərləndirib.

Onu da bildirək ki, İranla gərginliyin gündəmdə olduğu bir vaxtda CENTCOM komandanı Kurillanın bu həftə iki dəfə İsrailə səfər etməsi diqqət çəkib.

Günel Məlikzadə