"Xüsusi əməliyyat başlayandan sonra Zelenski bunkerlərdə gizlənib"
    • Bu gün, 11:48
    • 94

"Xüsusi əməliyyat başlayandan sonra Zelenski bunkerlərdə gizlənib"

Xüsusi əməliyyat başlayandan sonra Vladimir Zelenski bunkerlərdə gizlənib və onunla əlaqə saxlamaq mümkün olmayıb.

News24.az “Financial Times”-a istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq jurnalist Henri Foy ilə söhbətində bildirib. 

Keçmiş baş katib bunu Ukrayna liderini iki gün tapa bilməməsi ilə əlaqələndirib. Daha sonra isə o, Zelenski ilə əlaqə saxlaya bilib.

Onun sözlərinə görə, ilk telefon danışığı olduqca çətin olub.  Vladimir Zelenski Yens Stoltenberqə tezliklə tutulacağından və ya öldürüləcəyindən qorxduğunu bildirib. 

Jurnalist qeyd edib ki, Stoltenberq Zelenski ilə daha nələr haqda danışdığını açıqlamağı lazım bilməyib.

Eyni zamanda, keçmiş baş katib Ukrayna lideri ilə ilk tanışlığını xatırladıb və qeyd edib ki, Zelenski ona elementar suallar verən olduqca sadəlövh adam kimi görünüb.

Teymur Məmmədov