Bu ölkədə bütün oyunlar təxirə salındı
    • 5-10-2024, 20:28
    • 380

Bu ölkədə bütün oyunlar təxirə salındı

Bosniya və Herseqovina çempionatnın bütün oyunları təxirə salınıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası məlumat yayıb. Belə qərar verilməsinə səbəb ölkədəki sel daşqınlarıdır.

Görüşlərin yeni tarixləri sonra elan ediləcək.

Qeyd edək ki, Bosniya və Herseqovinanın cənubunda daşqınlar nəticəsində 14 nəfər ölüb.