Tütün qadağası 1,2 milyon insanın həyatını xilas edə bilər
    • 5-10-2024, 22:15
    • 297

Tütün qadağası 1,2 milyon insanın həyatını xilas edə bilər

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) və müxtəlif ölkələrdən olan alimlərinin aoardığı birgə araşdırmanin nəticələrinə görə, tütün məmulatlarının satışına qadağa qoyulması, demək olar ki, 1,2 milyon insanın həyatını xilas edə bilər.

News24.az Musavat.com-a istinadla xəbər verir k, bu barədə “The Lancet Public Health” elmi jurnalı yazır.

Tədqiqat üçün ekspertlər 2006-2010-cu illər arasında doğulmuş insanlara tütün satışının qadağan olunduğu bir ssenari təklif ediblər.

“Qlobal miqyasda proqnozlaşdırılır ki, 2006-2010-cu illər arasında anadan olan əhali arasında, əgər xəstələnmə nisbətləri son 15 ildə müşahidə olunan tendensiyaları izləməyə davam edərsə, ağciyər xərçəngindən 2 milyon 951 min 400 ölüm hadisəsi baş verə bilər, - məqalədə deyilir.

Nikotinin insan orqanizmində bədxassəli şişlərə səbəb olması çoxdan sübut olunsa da, hələ də əksər ölkələrdə əhalinin tütün asılılığında olan kəsimi bu gerçəyi ciddiyə almır.