Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı AZALIB - STATİSTİKA
    • 5-10-2024, 23:25
    • 400

Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı AZALIB - STATİSTİKA

Azərbaycanda 2024-cü ilin əvvəlində 81 qadın rəhbər vəzifədə çalışıb. 

News24.az Sfera.az-a istinadla xəbər verir ki, əvvəlki illərlə müqayisədə rəhbər vəzifə tutan qadınların sayında azalma müşahidə edilib. 

Rəhbər vəzifədə çalışan qadınların sayı 2023-cü ilin əvvəlində 86 nəfər, 2020-ci ilin əvvəlində 94 nəfər olub. 

Rəhbər vəzifədə çalışan qadınların sayının azalması daha çox yerli icra hakimiyyəti başçısının qadın müavinlərin sayının azalması ilə bağlıdır. 2024-cü ilin əvvəlində icra başçısının müavini vəzifəsində 67 qadın işləyib. Bu say 2023-cü ilin əvvəlində 68, 2020-ci ilin əvvəlində 76 idi. 

2024-cü ilin əvvəlinə qədər Azərbaycanda bir qadın nazir (Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri) olub. Lakin 2022-cü ildə onun vəzifədən azad edilməsindən sonra qadın nazirlərin sayı sıfıra enib.

2024-cü ilin əvvəlinə qədər ölkəmizdə yerli icra hakimiyyətinin başçısı vəzifəsində də çalışan qadın (Abşeron Rayon İcra Hakimiyyətinin başçısı) olub. Amma 2022-ci ildə onun vəzifədən azad edilməsindən sonra rayon və ya şəhər icra başçısı vəzifəsində çalışan qadın sayı sıfıra enib. 

2024-cü ilin əvvəlinə aid olan məlumata görə, Azərbaycanda 6 qadın nazir müavini, 2 qadın komitə sədri, 3 qadın komitə sədrinin müavini, 2 qadın ombudsman (biri Naxçıvan Muxtar Respublikasının ombudsmanıdır) vəzifəsində çalışır.