Azərbaycanda fahişəliklə məşğul olan sahibkarın ŞOK ƏMƏLLƏRİ
    • 20-06-2019, 12:20
    • 1 452

Azərbaycanda fahişəliklə məşğul olan sahibkarın ŞOK ƏMƏLLƏRİ

İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən şəxsin məhkəməsi keçiriləcək.

News24.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis İdarəsində Xəlilov Qələmnaz Abdulla qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci, yəni, Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin ibtidai istintaqı başa çatıb.

Cinayət işinin materialları İsmayıllı Rayon Məhkəməsinə göndərilib və hakim Rəfayel Şirinovun icraatına verilib. Hazırlıq iclası iyulun 2-də keçiriləcək.
İş üzrə C.Babayeva adlı qadın zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsindəki 29 saylı evdə yaşayan, 1963-cü il təvəllüdlü Xəlilova Qələmnaz Abdulla qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkar edilib.

Məlum olub ki, Qələmnaz Xəlilova əvvəldən tanıdığı C.Babayevanı və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.

Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qələmnaz Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edirmiş.