Ağacdan düşən qoza görə 20 NƏFƏR YARALANDI
    • Bu gün, 11:45
    • 182

Ağacdan düşən qoza görə 20 NƏFƏR YARALANDI

Türkiyədə qoz ağacından maşının üzərinə düşən qozlar iki qonşu arasında mübahisəyə səbəb olub. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  mübahisədən davaya çevrilən hadisə zamanı  qonşulardan biri təsərrüfat texnikası ilə kütlənin arasına daxil olub. 

Dava zamanı daş və dəyənəklərdən istifadə edilib. 

20-yə yaxın şəxs yaralanaraq xəstəxanaya aparılıb. Polis qruplarının hadisə yerinə gəlməsi ilə dava sona çatıb. 

Teymur Məmmədov