Sabah Şuşada mühüm qərarlar qəbul ediləcək
    • 7-10-2024, 13:42
    • 379

Sabah Şuşada mühüm qərarlar qəbul ediləcək

Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirildi. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi keçirilir.

News24.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak edirlər.

Türk Dövlətləri  Birinci Kardioonkoloji Konqresinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasından elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.

Açılışda giriş sözü ilə çıxış edən ETKİ-nin direktoru, Konqresin sədri, professor Gülnaz Dadaşova tədbir iştirakçılarını salamlayaraq, Konqresin vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan Türk Dövlətləri  Birinci Kardioonkoloji Konqresi və bundan əvvəl apreldə baş tutan I Türk Dövlətləri Kardioloji Qurultayı  ölkələrin tibb sahəsində münasibətlərin yeni mərhələyə keçdiyinin və Türk Dövlətləri Təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”. Həmçinin qeyd edilib ki, çox qürurverici haldır ki, konqres 8 oktyabr Şuşada Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin dördüncü iclası ərəfəsində keçilir, sabah Şuşada olduqda mühüm qərarlar qəbul ediləcək.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov öz çıxışında qeyd edib ki, Konqresin proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik debatlar daxildir. Həmçinin akademik bildirib ki, elmi tədbirin internet üzərindən yayımı həkimlərin davamlı tibbi təhsili üçün unikal zəmin yaradıb. 

Açılış mərasimində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan müəssisə rəhbərləri öz çıxışlarında konqresin vacibliyini qeyd edib, tədbirin işinə uğurlar arzu ediblər. 

3 gün davam edən Konqresə 1000-dən artıq yerli və xarici mütəxəssislər qatılıb.

Qeyd edək ki, Türk Dövlətləri  Birinci Kardioonkoloji Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

Ağa