Qəbələ sakininin QOLUNU KƏSDİLƏR
    • Bu gün, 15:16
    • 118

Qəbələ sakininin QOLUNU KƏSDİLƏR

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.