Türkiyədə daha bir məktəbdə faciə: 2 şagird öldü
Hadisə
Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda yerləşən məktəblərdən birində ildırım düşməsi nəticəsində faciə yaşanıb.
News24.az xəbər verir ki, olay səhər saatlarında qeydə alınıb. İldırım çaxması zamanı məktəb həyətindəki ağacın altına sığınan üç uşaq xəsarət alıb.
Məlumata görə, 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və M.Y. adlı uşaq yaralanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar xəstəxanaya yerləşdirilib. Ergani Dövlət Xəstəxanasında müalicə alan Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatlarını itiriblər.
Digər yaralı M.Y. isə Diyarbakır Qazi Yaşargil Tədris və Araşdırma Xəstəxanasında müalicə olunur və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (haberglobal)
Nilufər