Şəmkirdə məktəbdə YANĞIN: Şagirdlər təxliyə edildi - Yeniləndi
Hadisə
Şəmkirdə yanğın olub.
News24.az xəbər verir ki, hadisə Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məktəbin 7 ədəd kompüteri yanıb.
Xəsarət alan olmayıb. Araşdırma aparılır.
Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.
News24.az xəbər verir ki, yanğın məktəbin informatika otağında baş verib.
Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.
Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb.
News24.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
"Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - məlumatda qeyd olunub. /apa/