Fizika üzrə Nobel Mükafatı açıqlandı!
    • Dünən, 21:06
    • 238

Fizika üzrə Nobel Mükafatı açıqlandı!

Fizika üzrə Nobel mükafatı laureatları elan edilib. 

News24.az xəbər verir ki, alimlər Con Hopfild və Geoffrey Hinton Stokholmda İsveç Elmlər Akademiyası tərəfindən 2024-cü il Fizika üzrə Nobel Mükafatına layiq görülüblər.

Hopfield və Hinton mükafatı süni neyroşəbəkələrdən istifadə edərək maşın öyrənməsində mühüm kəşfləri sayəsində qazanıblar. İkilinin süni intellektin inkişafı istiqamətində böyük uğurlar qazandığı bildirilib.

Bundan əlavə, Hopfield və Hinton İsveç Elmlər Akademiyasının təklif etdiyi 1,1 milyon dollarlıq pul mükafatını da qazanıblar. 

İkili mükafatı öz aralarında bölüşəcəklər.

Məryəm İlhamqızı