Nobel sülh mükafatı sahibini tapdı
    • 11-10-2019, 21:11
    • 791

Nobel sülh mükafatı sahibini tapdı

Bu gün Norveçdə 2019-cu il "Nobel həftəsi" çərçivəsində sülh mükafatı təqdim olunub.
News24.az xəbər verir ki, mükafatı Efiopiyanın Baş naziri Abiy Əhməd əldə edib.
O, Efiopiya-Eritreya münaqişəsində sülh naminə fəaliyyətlərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 14-də son olaraq iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.