Nobel mükafatçısı alimləri millətçiliyə qarşı birləşməyə çağırdı
    • 5-10-2022, 00:57
    • 218

Nobel mükafatçısı alimləri millətçiliyə qarşı birləşməyə çağırdı

Fizika üzrə Nobel mükafatı laureatı, fransız tədqiqatçı Alən Aspekt alimləri millətçilik əleyhinə birləşməyə çağırıb.

News24.az xəbər verir ki, kvant fizikasında innovativ işinə görə Nobel mükafatı alan fransız tədqiqatçı elmi ictimaiyyətin beynəlxalq aspekti qoruyub saxlamasının, eləcə də millətçiliyə mane olmasının vacibliyini vurğulayıb.

Paris-Sakle Universitetinin (Paris-Saclay) və Politexnik məktəbində (Ecole Polytechnique) çalışan alim Nobel Fonduna müsahibəsində deyib: “Dünyanın belə mürəkkəb olduğu və bir çox ölkədə millətçiliyin baş qaldırdığı bir vaxtda alimlərin beynəlxalq birliyinin qorunub saxlanılması vacibdir”.

Fransız fizik amerikalı Con Klauzer və avstriyalı Anton Zeylinqer ilə birlikdə kvant fizikasında inqilabi mexanizm olan “kvant dolaşıqlığı” üzərində apardıqları qabaqcıl işlərə görə fizika üzrə Nobel mükafatına layiq görülüblər.