İlon Maskın bu hərəkəti GÜNDƏM OLDU
    • Dünən, 23:12
    • 182

İlon Maskın bu hərəkəti GÜNDƏM OLDU

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Butler bölgəsində yenidən seçki mitinqini keçirib.

News24.az xəbər verir ki, seçki mitinqində Trampı İlon Mask da müşayiət edib.

Tramp mitinqdə İlon Maskı səhnəyə dəvət edərək, onu “ifadə azadlığını xilas edən” və “raket istehsalçısı” kimi təqdim edib.

Mask səhnəyə qara rəngli “Make America Great Again” şlyapası və “Occupy Mars” köynəyində çıxıb.

Maskın səhnədəki bəzi hərəkətləri sosial mediada sürətlə yayılaraq müxtəlif zarafatlara səbəb olub.

Dünyanın ən varlı adamı sevincdən ətrafa tullanır, ətrafdakı camaata əl yelləyərək görünürdü.

Sosial media istifadəçiləri Maskı “indiyə qədərki ən yaxşı tullanan” sözləri ilə hədəfə alıblar.

Günel Məlikzadə