Dünyanın ən böyük 5 avtomobil istehsalçısı
    • 8-10-2024, 23:58
    • 1 215

Dünyanın ən böyük 5 avtomobil istehsalçısı

Son illərdə avtomobil sənayesi əhəmiyyətli dəyişikliklərin şahidi olub. O qədər ki, istehsalçılar rəqiblərini geridə qoymaq üçün müxtəlif strategiyalar hazırladıqca, bu, ən dəyərli şirkətlərin siyahısının daim yenilənməsinə səbəb olub. 

News24.az xəbər verir ki, bir neçə il əvvəl az tanınan elektrik avtomobilləri bu gün kifayət qədər geniş yayılıb. İstehlakçıların bu nəqliyyat vasitələrini seçməsində aşağı qiymət və ekoloji cəhətdən təmiz xüsusiyyətlər mühüm rol oynayır. Bu istiqamətdə şirkətlər daha çox elektrik avtomobillərinə diqqət yetirməyə başlayıblar. Bu dəyişiklik dünyanın ən dəyərli avtomobil istehsalçılarının reytinqinə də təsir edir.

Paylaşılan məlumatlara görə, Tesla 782,76 milyard dollarla dünyanın ən dəyərli avtomobil istehsalçısıdır. 

Dünyanın ən dəyərli avtomobil istehsalçıları aşağıdakı kimidir:

  1.  Tesla 781,76 milyard dollardır
  2.  Toyota 233,88 milyard dollar
  3.  BYD 122,71 milyard dollar
  4.  Xiaomi 82,64 milyard dollar
  5.  Ferraris 80,73 milyard dollar

Günel Məlikzadə