-
- 9-10-2024, 07:49
- 509
Uşaqların psixologiyasını pozan "TikTok" BAĞLANIR
Amerikanın 13 ştatının və Kolumbiya dairəsinin baş prokurorları Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini məhkəməyə verib.
News24.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Buna səbəb sosial şəbəkənin uşaqların psixi sağlamlığına zərər verməsi olub.
İddia edilir ki, “TikTok” sosial şəbəkəsinin alqoritmləri gənclərdə narahatlıq, depressiya və digər psixi sağlamlıq problemlərinə səbəb ola biləcək məzmunun yayılmasını təşviq edir.
Əsas şikayətlər gəncləri platformanın lentini fasiləsiz izləməyə məcbur edən videoların avtomatik yayımlanması ilə bağlı olub.
Xüsusilə, Kolumbiya Baş prokuroru “TikTok”-u pul vəsaitlərini əldə etmək üçüm lisenziyasız ödəniş sistemindən istifadədə günahlandırıb.
"TikTok pul köçürmə biznesini uşaq cizgi filmləri və məzmunlarından istifadə edir. Uşaqlar oyun oynayırlar və əslində maddi cəhətdən istismar olunurlar", - deyə ABŞ baş prokuroru bildirib.
“TikTok” platformasının nümayəndələri ittihamlarla qəti şəkildə razılaşmayıblar. Onlar vurğulayıblar ki, sosial şəbəkə yeniyetmələr və onların valideynləri üçün etibarlı təhlükəsizlik tədbirləri təklif edir.
Qeyd edək ki, “TikTok” platforması hazırda federal səviyyədə fəaliyyətini qadağan edən qanunu ləğv etmək üçün mübarizə aparır.
Teymur Məmmədov