Bakının bu ərazilərində su olmayacaq
    • 6-08-2018, 10:34
    • 972

Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq.

"Azərsu" ASC-dən news24.az-a verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.