12 yaşlı oğlana qadın paltarı geyindirib kişilərlə... - FOTO
    • Bu gün, 13:26
    • 467

12 yaşlı oğlana qadın paltarı geyindirib kişilərlə... - FOTO

Türkiyədə böyük müzakirəyə səbəb olan hadisə yaşanıb.

News24.az xəbər verir ki, aparıcı Esra Erolun verilişinə qatılan qadın 12 yaşlı oğlunun sosial mediada istismara məruz qaldığı iddia edib. 

O, övladının atasının qəyyumluğunda olduğunu bildirib. 

Ana övladına qadın paltarı geyindirildiyini, makiyaj edilərək dırnaqlarına boya sürtüldüyünü bildirib. Həmçinin övladının yaşlı kişilərlə video zəng vasitəsilə danışaraq qeyri-etik hərəkətlər etdiyini də vurğulayıb. Atanın bu vəziyyətə laqeyd münasibətlə yanaşdığını bildirən qadın övladının bu cür davranmasına icazə verildiyini deyib.  

Daha sonra isə oğlunun fotosunu nümayiş etdirib. 

"Nənəsi edib. Qadın kimi hərəkət etməyi öyrədib. Belinə yaylıq bağlayıb rəqs etdirir" deyərək övladının yaşadığı vəziyyəti açıqlayıb.

Teymur Məmmədov