Azərbaycanlı ana övladına işgəncə verib – VİDEO
    • 7-12-2018, 12:00
    • 1 346

Azərbaycanlı ana övladına işgəncə verib – VİDEO

Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində hamını şoka salan görüntülər nümayış etdirilib.

Əvvəlcə Könül adlı qadın bildirib ki, onun övladının həyat yoldaşı qanunsuz şəkildə əri tərəfindən əlindən alındığını, onun özünü isə ruhi dispanserə yerləşdirildiyi iddia olunub.

Övladının geri qaytarılmasına köməklik göstərilməsi üçün isə qadın verilişin aparıcısı Xoşqədəm Hidayətqızına müraciət edib. Teleaparıcı da, öz növbəsində ona yardım edəcəyiyi bildirib.

Amma verilişdə qadının uşağını necə döydüyünü əks etdirən kadrlar yayımlandıqdan sonra hadisələr 180 dərəcə dəyişir. 

Verilişin aparıcısı, ekspertlər və tamaşaçılar şoka düşüb və ana sərt tənqidlərə məruz qalıb.

Hüquqşunas Tahir Əlirzayev onu saxtakar adlandıraraq canlı yayımda tökdüyü göz yaşların yalan olduğunu bildirib.

Xatırladaq ki, Könül özündən 12 yaş böyük kişi ilə ailə həyatı quraraq, Rusiyada yaşamağa başlayıb. O iddia edib ki, həyat yoldaşı və onun qohumları tərəfindən şərlənərək ruhi dispanserə yerləşdirilib. Bundan sora övladı əlindən alınıb.