Hansı məşhuru toyuna çağırmadı?
    • Bu gün, 13:54
    • 240

Hansı məşhuru toyuna çağırmadı?

Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl toyu olan Kamilə Nəbiyevadan gileylənib. 

News24.az axşam.az xəbər verir ki, ifaçı bu haqda "Qonaqcanlı"da danışıb. O bildirib ki, Kamilə onu toya çağırmayıb:

"Çox sağ olsun, çağırmadı. Kamiləni çox istəyirəm, amma çağrılmayan yerə getmərəm. Dəvət edəcəyini gözləyirdim".

Qeyd edək ki, Kamilə prodüsser Pərvin Fətəliyevlə ailə qurub.