Məktəb avtobusu avtomobillə TOQQUŞDU - YARALILAR VAR
    • Bu gün, 15:58
    • 337

Məktəb avtobusu avtomobillə TOQQUŞDU - YARALILAR VAR

Qəza Sinopda İncedayı Məhəlləsi 3 nömrəli küçədə meydana gəlib.

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, avtomobilin sürücüsü Kadir Göçgünün idarə etdiyi avtomobil Məsut Kaymakçının idarə etdiyi məktəb avtobusu ilə toqquşub. 

Qəza nəticəsində yaralanan 7 şagird hadisə yerinə gələn sağlamlıq qruplarının müdaxiləsindən sonra Sinop Atatürk Dövlət Xəstəxanasına aparılıb. 

Qəzada avtomobilin sürücüsü Kadir Göçgün və servis sürücüsü Məsut Kaymakçının vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı