Avtomobillə motosiklet toqquşdu - yaralanan var
    • 18-09-2024, 17:45
    • 215

Avtomobillə motosiklet toqquşdu - yaralanan var

Antalyanın Manavgat rayonunun Kızılağaç qovşağında Alanya istiqamətindən Manavgata gedən Eylül K.-nin idarə etdiyi 07 AZF 994 nömrə nişanlı motosiklet Ramazan K-nin idarə etdiyi 07 N 6888 nömrəli avtomobil tərəfindən vurulub. 

News24.az xəbər verir ki, avtomobilin yandan vurduğu motosiklet zərbənin gücündən kənara atılıb, sürücü isə bir müddət yolda sürüklənib.

Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından motosiklet sürücüsü Eylül K. təcili yardımla xəstəxanaya aparılıb.

Qəza anları iş yerinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda sürətlə kəsişmə sisteminə daxil olan avtomobilin qəzaya uğradığı və gənc qadının metrlərlə yerdə sürükləndiyi görülüb. 

Kadrlarda o da görünüb ki, qəzadan saniyələr sonra gənc qadın avtomobilin sürücüsünün arxadan gələn, əyləc və sükanı döndərən sürətli refleksləri sayəsində ölümdən çətinliklə xilas olub.

Məryəm İlhamqızı