Sərnişin avtobusu yük maşınına çırpıldı: 25 yaralı var
    • Bu gün, 09:44
    • 148

Sərnişin avtobusu yük maşınına çırpıldı: 25 yaralı var

Türkiyədə sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 25 nəfər yaralanıb.

News24.az xəbər verir ki, qəza, saat 01.00 radələrində baş verib.

İstanbuldan Sinop istiqamətində hərəkət edən Məhəmməd Çaylakın idarə etdiyi sərnişin avtobusu Çağatay Kaçanın idarə etdiyi yük maşınının qoşqusuna çırpılıb.

Zərbənin gücündən avtobus sürücüsü Məhəmməd Çaylak və 24 sərnişin yaralanıb və hadisə yerinə çox sayda sağlamlıq, jandarma və polis qrupları sövq edilib.

Qəza yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından yaralılar xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə