Zülfiyyədən ölən qardaşı ilə bağlı paylaşım
    • Dünən, 23:37
    • 221

Zülfiyyədən ölən qardaşı ilə bağlı paylaşım


Xalq artisti Zülfiyyə Xanbabayeva dünyasını dəyişmiş qardaşı ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, müğənni paylaşımına yazıb: 

"Yaraşıqlım, qardaşım…Anamın ərköyün balası, Rəcəbim! Məkanın cənnətdir, inşallah".

Xatırladaq ki, 75 yaşlı Rəcəb Sadıqov sentyabrın 17-də dünyasını dəyişib.