Elman Paşayevin başqa cinayətləri də olub?
    • Bu gün, 00:16
    • 234

Elman Paşayevin başqa cinayətləri də olub?


Müstəntiqlər istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevin cinayətin digər versiyalarında iştirakını yoxlayır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Hüquq-mühafizə orqanları təqsirləndirilən Paşayevin digər oxşar cinayətlərin törədilməsində iştirakını yoxlayır, cinayət işində digər dələduzluqlar da ola bilər, istintaq davam edir”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Ukraynaya qarşı xüsusi əməliyyatda iştirak edən məhbuslara pul qarşılığında arxa cəbhədə qalmağı təklif etməkdə şübhəli bilinir.