-
- 10-10-2024, 07:44
- 735
Zəminə Abbasova yeni vəzifəyə təyin olundu
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, 1968-ci il təvəllüdlü Zəminə Adil qızı Abbasova Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.