Şəbnəmdən Nigara cavab - “Lazım olsa, Eldarla oxuyaram”
    • 10-10-2024, 07:45
    • 341

Şəbnəmdən Nigara cavab - “Lazım olsa, Eldarla oxuyaram”

Müğənni Şəbnəm Tovuzlu ölkəmizə müğənni Nigar Camalın açıqlamasına münasibət bildirib.

News24.az olay-a istinadən bildirir ki, bu haqda sənətçi "Xəbərin var?" maqazin verilişinə müsahibəsində deyib.

Nigarın "Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar" sözlərinə Şəbnəmin cavabı belə olub:

"Nigar xanım mən sizi "Avroviziya"dakı Eldar Qasımovla olan duetinizə və uğurunuza görə  tanıyıram. Ondan sonra heç bir hit mahnınızı, hansısa gördüyünüz layihənizi və ya işlərinizi görməmişəm. Mən görmədiyimi deyirəm. Siz mənə məsləhət görürsünüz ki, hansısa bir ifaçı ilə mən duet oxuyum. O xanımın adını çəkməyəcəyəm, çünki ona yetəri qədər lazımi reklamı vermişəm. Bu adı artıq özümə qadağa qoymuşam. Mənə verilişlərdə sual verdilər ki, siz Nigar xanımla duet oxuyarsınız? Mən acı və sərt davranmadım. Sadəcə səsimə güvənərək belə bir ifadə işlətdim ki, mən Nigar xanımın seçdiyi bir repertuarda, onun janrında oxuyaram. Buna mənim səs imkanlarım icazə verir. Siz başqa cür başa düşməyin və məsləhətinizə də görə çox sağ olun. Mən kimlə duet oxumağı gözəl bilirəm. Səs imkanlarım hər janrda oxumağa imkan verir. Lazım olarsa, Eldar Qasımovla gözəl duet edə bilərəm. Bunu təbii ki, mən istəyərəmsə... Siz özünüzə sərf edən kimi heç zaman müsahibə verməyin. Sizdən bunu xahiş edirəm. Sona kimi dinləyin, sonra cavab verin".

Qeyd edək ki, N.Camal ARB TV-də yayımlanan "Pərvizə görə" proqramında bu barədə danışmış və Tovuzlunun duet təklifini rədd etmişdi.