Yaddaşı məhv edən 3 qida
    • 23-12-2024, 04:32
    • 1 094

Yaddaşı məhv edən 3 qida

Yaddaşı gücləndirən qidalarla bağlı son araşdırmalar düzgün qidalanma vərdişlərinin zehni funksiyaların qorunmasında mühüm rol oynaya biləcəyini ortaya qoyub. Məlum olub ki, bəzi məşhur qidalar beynin idrak funksiyasına mənfi təsir göstərə bilər. 

News24.az xəbər verir ki, alimlər yaddaşı güclü saxlamaq və koqnitiv sağlamlığı qorumaq üçün nəzərə alınmalı olan üç əsas qida qrupunu qeyd ediblər.

Yaddaşı məhv edən 3 qida

Popkorn bir çox insanın bəyəndiyi məşhur qidaolsa da, tərkibindəki diasetil adlı kimyəvi maddəyə görə ehtiyatla istehlak edilməlidir. Mütəxəssislər qeyd ediblər ki, diasetil beyinə zərər verə bilər və idrak funksiyalarının, xüsusən də yaddaşın pisləşməsi ilə əlaqələndirilir. 

Qarğıdalı özü təbii olaraq diasetil ehtiva etmir. Bununla belə, diasetil popkorn məhsullarında və bəzi popkorn növlərində istifadə edilən süni yağ ləzzətlərində ola bilər. Bu məhsullara yağ kimi dad və qoxu vermək üçün diasetil əlavə edilir.

Məlum olub ki, yüksək emal olunmuş süd məhsulları, məsələn, emal olunmuş kəsmik beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər xəbərdarlıq ediblər ki, belə məhsulların müntəzəm istifadəsi yaddaşın pisləşməsinə və analitik qabiliyyətlərin azalmasına səbəb ola bilər.

Alimlər tərkibindəki qatqı və konservantlara görə emal olunmuş süd məhsullarının beyin sağlamlığına zərərli təsirlərinə diqqət çəkərək, daha təbii və qatqısız məhsullara üstünlük verilməsi lazım olduğunu bildiriblər.

Mütəxəssislər ağ un məhsullarının beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edərək, bu qidaların orqanizmdə iltihaba səbəb ola biləcəyini bildiriblər. Çörək, makaron və digər ağ un məmulatlarının həddindən artıq istehlakı xroniki iltihab riskini artıra bilər ki, bu da neyrodegenerativ xəstəliklərin və yaddaş pozğunluqlarının inkişafına zəmin yaradır.

Məryəm İlhamqızı