Tez-tez asqırırsınızsa, bunlara diqqət edin

Tez-tez asqırırsınızsa, bunlara diqqət edin Sağlamlıq

Tez-tez asqırma hər zaman allergiya və ya soyuqdəymə ilə əlaqəli deyil. Bəzən buna temperatur dəyişiklikləri, kəskin qoxular, quru hava və hətta sərt günəş işığı da səbəb ola bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı otorinolarinqoloq Yevgeni Fuki açıqlama verib.

Həkimin sözlərinə görə, ən geniş yayılmış səbəb allergik rinitdir. Bu zaman asqırma burun axıntısı, qaşınma və göz yaşarması ilə müşayiət olunur.

Virus infeksiyaları zamanı isə asqırma boğaz ağrısı, halsızlıq, burun tutulması və qızdırma ilə birlikdə müşahidə edilə bilər.

Mütəxəssis bildirib ki, soyuq hava, tütün tüstüsü, ətirlər, kəskin qoxular, acı yeməklər və fiziki fəaliyyət də asqırma tutmalarına səbəb ola bilər.

Bəzi insanlarda isə qaranlıq yerdən qəfil parlaq günəş işığına çıxmaq asqırma refleksini işə salır. Bu, allergiya deyil, sinir sisteminin anadangəlmə xüsusiyyətidir.

Həkim qeyd edib ki, burun damcılarından uzun müddət və nəzarətsiz istifadə də selikli qişanın vəziyyətini pisləşdirə bilər.

Asqırma bir neçə həftə davam edirsə, yuxuya və gündəlik fəaliyyətə mane olursa, qoxu hissi zəifləyirsə və ya burundan qanlı axıntı gəlirsə, həkimə müraciət etmək tövsiyə olunur.