Əhalinin DİQQƏTİNƏ! Noyabrın 1-dən 15-dək...
    • Bu gün, 15:00
    • 2 507

Əhalinin DİQQƏTİNƏ! Noyabrın 1-dən 15-dək...

Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

News24.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.

Həmin rayonlar aşağıdakılardır:

1. Daşkəsən;

2. Gədəbəy;

3. Xaçmaz;

4. Kəlbəcər;

5. Qəbələ;

6. Quba;

7. Qusar;

8. Laçın;

9. Lerik;

10. Şamaxı;

11. Siyəzən;

12. Şabran;

13. Şuşa;

14. Yardımlı.

E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız var".