Bu rayonlara istilik VERİLDİ
    • 1-11-2023, 10:30
    • 135

Bu rayonlara istilik VERİLDİ

Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

News24.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib