Cennifer Lopez: 30 ilə ağıllandım
    • 10-10-2024, 15:00
    • 435

Cennifer Lopez: 30 ilə ağıllandım

Ceniffer Lopez avqustun 20-də məhkəməyə müraciət edərək boşanma ərizəsi verib.

News24.az xəbər verir ki, bu günə qədər mövzu ilə bağlı açıqlama verməyən ikilidən Cennifer Lopez ayrıldıqdan sonra ilk dəfə danışıb.

O, 55 illik yubileyi üçün Interview Magazine-ə verdiyi müsahibədə ayrılıq haqqında "Bu, çox çətindir" deyib. 

Lopez ayrılıqdan sonrakı hisslərini "tənha, qorxulu və çarəsiz" olaraq xarakterizə edib və bu hisslərin onu daha da gücləndirdiyini bildirib.

Özü və münasibətləri haqqında danışan məşhur ad, "Mən biri ilə qocalmaq istəyirdim. Bu şəkildə tam və xoşbəxt olacağımı düşünürdüm, amma olmadı. Nəhayət dərsimi 30 ilə aldım”.

Yeni münasibət istəmədiyini bildirən Cennifer Lopez, "Tək qaldığım üçün bir az həyəcanlıyam. Boş olduğum zaman nələr edə biləcəyimi görmək istədiyim üçün heç kimi axtarmıram".

Günel Məlikzadə