-
- 10-10-2024, 15:03
- 667
"İrana cavabımız ölümcül olacaq"
İsrailin İranın raket hücumuna necə cavab verəcəyi maraq doğurur.
News24.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant İsrail ordusunun Kəşfiyyat İdarəsinin tərkibindəki 9900 saylı hərbi hissəyə baş çəkib. Burada o, İsrailin İrana mümkün hücumu ilə bağlı açıqlamalar verib.
Qallant, İsrailin hücum edəcəyi təqdirdə İranın "nə baş verdiyini və bunun necə baş verdiyini anlamayacağını" iddia edərək, hücumun "ölümcül, həssas və xüsusilə təəccüblü" olacağını bildirib.
Bütün hərbi komandanlıq səviyyəsinin İrana hücuma yönəldiyini ifadə edən Qallant, İranın keçən həftə həyata keçirdiyi hücumun "aqressiv" olduğunu, lakin səhv etdikləri üçün "uğursuz" olduğunu müdafiə edib.
Günel Məlikzadə