-
- 12-04-2024, 09:21
- 502
"İran hücum edərsə, lazımi cavab verəcəyik"
İsrailin müdafiə naziri Yoav Gallant verdiyi açıqlamada İsrailin İranın istənilən hücumuna birbaşa cavab verəcəyini bildirib.
News24.az xəbər verir ki, Gallant ABŞ-ın müdafiə naziri Lloyd Ostinə "İranın birbaşa hücumu İsrailin İrana qarşı müvafiq cavabını tələb edəcək" deyib.
Pentaqon bildirib ki, nazirlər ABŞ-ın İranın təhdidlərinə qarşı İsraili dəstəkləmək üzrə “sarsılmaz” öhdəliyini müzakirə ediblər.
Açıqlamaya görə, nazir Ostin ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Netanyahuya verdiyi açıq mesajı təkrarlayaraq, bu zəmanəti verib:
"İsrail ABŞ-ın tam dəstəyinə arxalana bilər".
Günel Məlikzadə