Rafael İsgəndərov oğlunun toyu ilə bağlı danışdı
    • Bu gün, 08:20
    • 590

Rafael İsgəndərov oğlunun toyu ilə bağlı danışdı

Bu həftə "Qapı" filminin təqdimat mərasimi baş tutdu. Komediya janrında çəkilən filmdə Sənubər İsgəndərli, Taleh Yüzbəyov, Kəmalə Piriyeva kimi tanınan simalar yer alıb. Filmin baş qəhrəmanlarından biri də Rafael İsgəndərovdur. Təqdimat mərasimində sevilən aktyor suallarımızı cavablandırıb. 

Azərbaycan Respublikasının Əməkdar artisti Rafael İsgəndərov News24.az-a aktyor heyətindən çox razı qaldığını bildirib:

“İnşallah yaxşı bir film olacaq, bunu filmin heyətində olan biri kimi deyirəm. Oğru rolundayam, 25 il öncə "Yaşıl eynəkli adam" filmində oğlu rolunda oynamışam”.

Həmişə böyük sənətkarlara işləmisiniz, hazırda gənclərlə işləmək sizə çətinlik yaratmır sualına R.İsgəndərov belə cavab verib: “Qətiyyən, gənclərlə işləmək çox xoş oldu, bir ansambl yaratdıq, çox gözəl aktyor heyəti var idi”.

Rafael İsgəndərov oğlunuz bloger Fuad İsgəndərov nə vaxt evlənir sualına cavabı belə oldu: “Onu özündən soruşun (gülür).