İsrail prezidentindən Ərdoğana:
    • Bu gün, 09:02
    • 526

İsrail prezidentindən Ərdoğana: "Türkiyəyə qarşı..."

İsrail prezidenti İsaak Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İsrailin hücumları Türkiyəni də əhatə edir. Biz vətənimiz, millətimiz və müstəqilliyimiz naminə bu dövlət terroruna hər vasitəmizlə qarşı  duracağıq” açıqlamasına cavab verib. 

News24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsaak Hersoq İsrailin heç vaxt belə bir planının olmadığını bildirib.

İsrail prezidenti Türk xalqına böyük hörmət bəslədiklərini, Türk xalqının da İsrail xalqına eyni şəkildə hörmət etdiyini deyib.

İki xalq arasında uzun müddətdir mövcud olan əlaqələrin olduğunu söyləyən İsaak Hersoq "İsrailin hücumlarının bölgə xalqlarının sülh içində yaşamasını təmin edəcək tarixi dəyişikliyə səbəb olacağını" iddia edib.

Teymur Məmmədov