-
- 7-10-2024, 12:21
- 5
TƏCİLİ! Yeni radarlar işə düşdü - Daha çox sürücü CƏRİMƏLƏNƏCƏK
Türkiyənin İstanbul şəhərində qaydaları pozan sürücülərə qarşı aparılan yoxlamalarda yeni nəsil radar cihazlarından istifadə edilməyə başlanılıb.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, yerli istehsal olan radar cihazı sayəsində 4 zolaqlı yolda bütün nəqliyyat vasitələrinin sürət həddi müəyyən edilə bilir.
Belə ki, Kartal rayonunda sahil yolunda yeni nəsil radar cihazlarından istifadə etməklə sürət qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Reyd zamanı sürət həddini aşan sürücülərə protokol tərtib edilib.
Yerli istehsal olan yeni nəsil radar cihazları 4 zolaqlı yolda bütün nəqliyyat vasitələrinin sürətini müəyyən edə, oğurlanmış nəqliyyat vasitəsi olub-olmaması ilə bağlı avtomobilin nömrə nişanı ilə bağlı təhlükəsizlik sorğusu da edə bilir.
Əvvəlki cihazlar əlverişsiz hava şəraitindən təsirlənsə də, bu cihaz istənilən hava şəraitində işləyə bilir. Həm nəqliyyat vasitələrinə, həm də yollardakı təyin olunmuş nöqtələrə quraşdırıla bilən yeni nəsil radar cihazı sayəsində əvvəllər 2 saat ərzində 300-ə yaxın nəqliyyat vasitəsi təsbit edilirdisə, indi bu rəqəm 1500-ə qədər yüksələ bilir.